“Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 22 fevral tarixli 21 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə:
1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi akademik Süleyman Ələsgərovun 100 illik yubileyinə dair tədbirlər planının həyata keçirilməsi ilə bağlı maliyyələşmə zərurəti yarandıqda təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
2. Bu Sərəncamın icrası Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Humanitar məsələlər şöbəsinə həvalə edilsin.
3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 5 mart 2024-cü il