Nazirlər Kabinetinin 59 №-li Qərarına dair İZAH
Qərar Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 29 dekabr tarixli 277 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədilə qəbul edilmişdir.
Qərar Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vahid elektron informasiya sisteminin (VEİS) hüquqi əsaslarını müəyyən edir və sistemin fəaliyyətinin təşkili qaydalarını tənzimləyir.
Qərarın icrası nəticəsində dövlət orqanları arasında məlumat mübadiləsi daha operativ və şəffaf olacaq, çağırış və səfərbərlik sahəsində elektron xidmətlərin göstərilməsi genişlənəcək, məlumatların mərkəzləşdirilmiş və təhlükəsiz şəkildə idarə olunması təmin ediləcək.