Nazirlər Kabinetinin 120,121,122 №-li Qərarına dair İzah
https://nk.gov.az/az/senedler/qerarlar/azarbaycan-respublikasinda-baytarliqla-bagli-bazi-normativ-huquqi-aktlarin-tasdiq-edilmasi-haqqinda-6952
https://nk.gov.az/az/senedler/qerarlar/azarbaycan-respublikasinda-baytarliqla-bagli-bazi-normativ-huquqi-aktlarin-tasdiq-edilmasi-haqqinda-6953
https://nk.gov.az/az/senedler/qerarlar/azarbaycan-respublikasi-qida-tahlukasizliyi-agentliyinin-baytarliq-nazarati-sahasinda-icrasi-macbur-6950
Qərarlar “Baytarlıq sahəsində həyata keçirilən xidmətlərin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 22 aprel tarixli 998 nömrəli Fərmanının 2.1.2-ci yarımbəndinin icrasının təmin edilməsi məqsədilə qəbul edilib.
Qərarların əsas məqsədi heyvan və insan sağlamlığı üçün xüsusi təhlükəli zoonoz xəstəliklərin, o cümlədən bruselyoz və vərəmin qarşısının alınması və aradan qaldırılması məqsədilə həmin xəstəliklərə tutulmuş heyvanların, eyni zamanda onlardan alınan məhsulların və xammalın təhlükəlilik dərəcəsindən asılı olaraq götürülməsi, məhv edilməsi, götürülmədən məcburi zərərsizləşdirilməsi, emalı və ya təkrar emalının təşkil edilməsi ilə hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyanın əvəzinin ödənilməsi mexanizminin müəyyən edilməsindən ibarətdir.
Qərarların qüvvəyə minməsi ilə ölkədə təhlükəli heyvan xəstəliklərinin yayılmasının və yoluxma sayının azaldılması nəticəsində bu məqsəd üçün dövlət büdcəsindən ayrılan (ilk növbədə profilaktik peyvəndləmə üçün) vəsaitin azaldılması, ölkə ərazisinin heyvan xəstəliklərindən azad zonaya çevrilməsi, nəticədə heyvandarlıq məhsulları istehsalının artırılması və həmin məhsullar üzrə ixrac potensialının yüksəldilməsi gözlənilir.