Nazirlər Kabinetinin 138 №-li Qərarına dair İzah
“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli 105 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı qəbul edilmişdir.
Dəyişikliyə əsasən Fonda taxılın tədarükü, Fondda saxlanılan taxılın yeniləşdirilməsi, istifadəsi və saxlama müddətinə dair məsələlər tənzimlənir, habelə tədarük edilən və saxlanılan ərzaqlıq buğdaya dair tələblər təkmilləşdirilir.
Qərarın qəbulu ilə müasir keyfiyyət standartlarına cavab verən ərzaqlıq buğdanın tədarükü, istifadə edilməsi və yeniləşdirilməsi proseslərinin operativ həyata keçirilməsinə imkan yaranacaqdır.