Nazirlər Kabinetinin 157 №-li Qərarına dair İzah
Qərar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin gəlirlərinin, o cümlədən dövlət büdcəsinin qeyri-neft gəlirlərinin və dövlət büdcəsinin neft gəlirlərinin proqnozlaşdırılması Qaydası”nda dəyişiklik edilməsini nəzərdə tutur.
Dövlət büdcəsinin gəlirlərinin proqnozlaşdırılmasının daha da təkmilləşdirilməsi üçün bir sıra dünya ölkələrinin mövcud təcrübələri nəzərə alınaraq əlavələr edilmişdir. Hər bir tədiyə növü üzrə daxilolmaların hesablanması üçün metodlar ətraflı təsvir edilmiş, həmçinin Azərbaycan Respublikasının Vergi Məcəlləsində və digər qanunvericilik aktlarında nəzərdə tutulan əlavə və dəyişikliklərin qiymətləndirilməsi ilə əlaqədar gözlənilən əlavə daxilolmaların dövlət büdcəsinin gəlirlərinin proqnozunda nəzərə alınması barədə müddəalar öz əksini tapmışdır.