Nazirlər Kabinetinin 501 №-li Qərarına dair izah
Bu Qayda “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi satınalan təşkilatlar tərəfindən maliyyə vəsaitləri hesabına satın alınacaq satınalma predmetinin ehtimal olunan qiymətinin hesablanması qaydasını müəyyən edir.
Qaydaya əsasən, satınalan təşkilat ilkin satınalma planını hazırlayarkən ehtimal olunan qiyməti “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmış və təqdim edilmiş (büdcədən maliyyələşməyən satınalan təşkilatların özü tərəfindən təsdiq edilmiş) növbəti büdcə ili üzrə məlumatlar əsasında müəyyənləşdirir.