Nazirlər Kabinetinin 307 nömrəli Qərarına dair İZAH
Qərarla “İdxalı əlavə dəyər vergisindən azad olunan əsas vəsaitlərin siyahısı” təsdiq edilmişdir. Qərara toxuculuq sənayesi, geyim, dəri və dəri məmulatlarının, ayaqqabıların, tikinti materiallarının, kompüter və digər elektron avadanlıqların, maşın və avadanlıqların, rezin və plastik kütlə məmulatlarının istehsalı üçün nəzərdə tutulmuş əsas vəsaitlər üzrə 76 adda mal mövqeləri daxil edilmişdir. Qərarın qəbul edilməsi ilə vergi ödəyicilərinin maliyyə yükünün azaldılması proqnozlaşdırılır.