Nazirlər Kabinetinin 327 №-li Qərarına dair izah
Qərar “Azərbaycan Respublikasında qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi və “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 dekabr tarixli 674 nömrəli Fərmanının ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 19 aprel tarixli 1317 nömrəli Fərmanının 7.3-cü bəndinin icrasını təmin etmək məqsədilə qəbul edilmişdir.
Qərarın qəbul olunması ilə QHT-lərin vətəndaş cəmiyyətinin inkişafında fəal rol oynamasına, onların potensialından daha səmərəli istifadə olunmasına, ölkənin milli maraqlarının qorunmasında, müxtəlif sahələr üzrə dövlət proqramlarının icrasında, həmçinin cəmiyyətin bir sıra sahələrində yaranan problemlərin həllində QHT-lərin yaxından iştirakına nail olunacaqdır.