Nazirlər Kabinetinin 150 №-li Qərarına dair İzah
Qərarda qida məhsullarının zənginləşdirilməsi (fortifikasiya) haqqında qərarın qəbul edilməsinin məqsədi, prinsipləri, proseduru və qərara dair tələblərlə bağlı məsələlərin tənzimləməsi nəzərdə tutulur.
Qərarın qəbul edilməsi qida məhsullarının qida dəyərinin yüksəldilməsi və zəruri nutriyent qəbulu səviyyəsinin təmin edilməsi, nutriyent çatışmazlığının qarşısının alınması, azaldılması və ya aradan qaldırılması yolu ilə həyat və sağlamlığın qorunmasına, habelə xəstəliklərin profilaktikasına imkan yaranacaqdır.