Nazirlər Kabinetinin 149 №-li Qərarına dair İzah
Qərarda insan və heyvanın həyat və sağlamlığının qorunması məqsədilə risklərin idarə edilməsi üzrə qeyri-müəyyən subyektlər dairəsinə münasibətdə müvəqqəti tədbirlərin tətbiqi ilə bağlı məsələlərin tənzimlənməsi nəzərdə tutulur.
Belə ki, Qərarın qəbulu ilə həyat və sağlamlığa ehtimal olunan təhlükənin qarşısının alınması məqsədilə daha ətraflı risk qiymətləndirilməsinin aparılması üçün əlavə elmi məlumatların əldə edilməsinə qədər Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən tətbiq edilən və müvəqqəti xarakter daşıyan qabaqlayıcı tədbirlərin görülməsinə imkan yaranacaqdır.