Nazirlər Kabinetinin 383 №-li Qərarına dair izah
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı “Qida təhlükəsizliyi haqqında” Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 26 yanvar tarixli 267 nömrəli, “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı əlavə tədbirlər barədə” 2003-cü il 23 oktyabr tarixli 969 nömrəli fərmanlarının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 24 iyun tarixli 1723 nömrəli Fərmanının 1.1.11-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır.
Qərarda Azərbaycan Respublikasının ərazisindən xarici ölkələrə ixrac edilən qida və yem məhsullarına idxalçı ölkələr tələb etdiyi hallarda, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qida təhlükəsizliyinə dair normativ hüquqi aktların, idxalatçı ölkənin qida və yem məhsulları sahəsində milli qanunvericiliyinin, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin prinsip və tələblərinə uyğun olaraq sağlamlıq sertifikatlarının verilməsi qaydası və forması müəyyən edilib.
Qərararla xarici ölkələrə ixrac edilən qida və yem məhsullarının keyfiyyətinin və rəqabət qabiliyyətinin artırılmasına, ixrac olunan məhsullardan idxalçı ölkələrin imtina etməsi hallarının minimuma endirilməsinə, həmçinin xarici bazarlara ixrac potensialının yüksəlməsinə imkan yaradacaq.