Nazirlər Kabinetinin 119 №-li Qərarına dair İZAH
Qərar Aİ-92 markalı benzin və dizel yanacağına tətbiq olunan fiskal yükün müvəqqəti azaldılmasını nəzərdə tutur. Belə ki, 01 may 2026-cı il tarixindən 31 mart 2027-ci il tarixinədək bu yanacaq növlərinin idxalına tətbiq olunan gömrük rüsumlarının dərəcəsi 0 faiz müəyyən edilir.
Qərarın məqsədi daxili bazarda yanacaq təminatının dayanıqlılığını gücləndirmək, qiymət sabitliyini qorumaq və mümkün risklərin qarşısını almaqdır.