AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
  • Azərbaycan
    • Ümummilli Lider
    • Prezident
    • Tarix
    • Ərazi
    • Konstitusiya
    • Bayramlar
    • Qan yaddaşı
    • Vətən müharibəsi
  • Xəbərlər
    • Bütün xəbərlər
    • Görüşlər
    • Tədbirlər
    • Səfərlər
    • Mətbuat xidmətinin məlumatı
    • Mətbuat xidmətinin bülletenləri
    • Nazirlər Kabineti yanında Operativ Qərargah
  • Sənədlər
    • Bütün sənədlər
    • Qərarlar
    • Sərəncamlar
    • Məktublar
  • Rəhbərlik
    • Azərbaycan Respublikasının Baş naziri
    • Azərbaycan Respublikası Baş nazirinin müavinləri
  • Nazirlər kabineti
    • Səlahiyyətləri
    • İş qaydası
    • Azərbaycan Respublikası Nazirlər Kabineti
    • Mərkəzi İcra hakimiyyəti orqanları
    • Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı haqqında Əsasnamə
    • Statusu
  • Nazirlər kabinetinin aparatı
    • Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının strukturu
  • Müraciətlər
    • Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatında qəbul günləri
    • Qəbula yazılmaq
    • Müraciət
    • Vətəndaşların müraciətlərinə dair qanunvericilik
  • Əlaqə
  • AZ
    • AZ
    • EN
    • RU
AZ
  • AZ
  • EN
  • RU
Əlaqə
  • Azərbaycan
    • Ümummilli Lider
    • Prezident
    • Tarix
    • Ərazi
    • Konstitusiya
    • Bayramlar
    • Qan yaddaşı
    • Vətən müharibəsi
  • Xəbərlər
    • Bütün xəbərlər
    • Görüşlər
    • Tədbirlər
    • Səfərlər
    • Mətbuat xidmətinin məlumatı
    • Mətbuat xidmətinin bülletenləri
    • Nazirlər Kabineti yanında Operativ Qərargah
  • Sənədlər
    • Bütün sənədlər
    • Qərarlar
    • Sərəncamlar
    • Məktublar
  • Rəhbərlik
    • Azərbaycan Respublikasının Baş naziri
    • Azərbaycan Respublikası Baş nazirinin müavinləri
  • Nazirlər kabineti
    • Səlahiyyətləri
    • İş qaydası
    • Azərbaycan Respublikası Nazirlər Kabineti
    • Mərkəzi İcra hakimiyyəti orqanları
    • Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı haqqında Əsasnamə
    • Statusu
  • Nazirlər kabinetinin aparatı
    • Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının strukturu
  • Müraciətlər
    • Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatında qəbul günləri
    • Qəbula yazılmaq
    • Müraciət
    • Vətəndaşların müraciətlərinə dair qanunvericilik
Mətbuat xidmətinin məlumatı
  • Bütün xəbərlər
  • Görüşlər
  • Tədbirlər
  • Səfərlər
  • Mətbuat xidmətinin məlumatı
  • Mətbuat xidmətinin bülletenləri
  • Nazirlər Kabineti yanında Operativ Qərargah
18 Mart 2023 - 16:18
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyətinə dair hesabatı

Hörmətli xanım sədr! Hörmətli deputatlar!


Bu gün Nazirlər Kabineti 2022-ci ildəki fəaliyyəti haqqında Milli Məclis qarşısında hesabatla çıxış edir.
Belə bir hesabatlılıq hər iki qurum arasında səmərəli və işgüzar əməkdaşlığa fayda verir. Həmçinin Hökumətin gördüyü işləri hörmətli millət vəkilləri ilə birlikdə müzakirə etməyə və qarşıda duran hədəf və çağırışları bir daha dəqiqləşdirməyə şərait yaradır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü, uğurlu xarici və daxili siyasət nəticəsində ölkəmizin beynəlxalq nüfuzu daha da artmış, milli iqtisadiyyatımızın inkişafı davam etmiş, müdafiə qabiliyyəti gücləndirilmiş, əhalinin sosial rifahı dəstəklənmişdir.
Dayanıqlı makroiqtisadi sabitliyə xidmət edən effektiv “makroiqtisadi siyasət çərçivəsi”nin və iqtisadi inkişafın orta və uzunmüddətli “drayver”lərinin formalaşdırılması istiqamətində müvafiq tədbirlər görülmüşdür.  
Hökumət Prezidentin tapşırıqlarına uyğun olaraq hesabat ilində iqtisadi fəallığın təmin edilməsi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası, müdafiə və ordu quruculuğu, təhsil və səhiyyə sisteminin inkişaf etdirilməsi, ərzaq təhlükəsizliyinin təmin olunması sahəsində mühüm tədbirlər görmüş və Nazirlər Kabinetində il ərzində 462 qərar qəbul edilmiş və 820 sərəncam imzalanmışdır.

“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq Hökumət tərəfindən hazırlanan “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” Prezidentin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmişdir. Hökumətin vəzifəsi Strategiyanın yeni inkişaf mərhələsindəki hədəflərinə çatmaq, ölkəmizin yüksək sosial rifah cəmiyyətinə malik qüdrətli dövlətə çevrilməsini təmin etməkdir.
Bir sözlə, ötən il ölkədə ictimai-iqtisadi həyatın bütün sahələrində aparılan məqsədyönlü islahatlarla yadda qalmışdır.
Bu uğurlu siyasətin nəticəsidir ki, BMT-nin 2022-ci ildə təqdim etdiyi “Dayanıqlı İnkişaf üzrə Hesabat”ında Dayanıqlı İnkişaf Məqsədlərinin icrasına dair indeks üzrə Azərbaycan regionda ən yaxşı nəticə göstərmiş, 163 ölkə arasında 50-ci yerdə qərarlaşmışdır.
2022-ci ildə qlobal geosiyasi gərginlik və Rusiya-Ukrayna münaqişəsi şəraitində dünya iqtisadiyyatında qeyri-müəyyənliklər və resessiya risklərinə baxmayaraq Azərbaycanda iqtisadi artım davam etmişdir.

Hörmətli deputatlar!

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yanvarın 10-da yerli media nümayəndələrinə verdiyi müsahibəsində qeyd etmişdir ki, 2022-ci ildə qarşıda duran vəzifələrə bütövlükdə nail olduq və keçən il bizim ümumi daxili məhsulumuz rekord həddə çatıb.

Belə ki, 2022-ci ildə ölkədə 133,8 mlrd. manatlıq və ya 2021-ci illə müqayisədə 4,6% çox ümumi daxili məhsul (ÜDM) istehsal olunmuşdur. O cümlədən qeyri-neft sektoru üzrə ÜDM-in artımı 9,1%, qeyri-neft sənayesində 7,1%, kənd təsərrüfatı istehsalında 3,4% artım olmuşdur. Əhalinin hər nəfərinə düşən ÜDM isə 4,1% artaraq 13,3 min manat (7,8 min ABŞ dolları) təşkil etmişdir.
2022-ci ildə xarici ticarət dövriyyəmiz təxminən 56,2 mlrd. ABŞ dollarına çatmış, müsbət ticarət saldosu 27 mlrd. ABŞ dollarını ötmüşdür. 2021-ci illə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 57,7% artmışdır. İxracın real artımı 8,7%, idxal isə 1,7% artmışdır. Qeyri-neft ixracı ölkə tarixində ilk dəfə 3,0 mlrd. ABŞ dollarını üstələmişdir.  

Strateji valyuta ehtiyatlarımız 5,3 mlrd. ABŞ dolları artaraq 58,5 mlrd. ABŞ dolları olmuş və xarici birbaşa dövlət borcunu 8 dəfədən çox (8,7) üstələyir. Hazırda  ehtiyatlarımız 62,5 mlrd. ABŞ dollarıdır, artım 2 ayda 4 mlrd. ABŞ dolları təşkil etmişdir.
2022-ci ilin sonuna xarici birbaşa dövlət borcunun məbləği 9,5% azalaraq 6,7 mlrd ABŞ dolları olmuş və ÜDM-in 8,5%-ni təşkil etmişdir.

Hesabat ili ərzində vergi və gömrük daxilolmaları üzrə yığımlar proqnozdan 4,8 mlrd. manatdan çox olmuşdur ki, bu da Strategiyada nəzərdə tutulan hədəflərə çatmaq üçün 2022-ci ilin dövlət büdcəsinə yenidən baxılmasına (dürüstləşməyə), sosial və investisiya yönümlü xərclərin artımına imkan vermişdir.
Məlum olduğu kimi, 2020-ci ildə Prezident Fərmanı ilə Azərbaycan İnvestisiya Holdinqi yaradılmışdır. Və Holdinqin qarşısına qoyulmuş dövlət şirkətlərinin və müəssisələrinin korporativ prinsiplər əsasında idarə olunması, onların həyata keçirdikləri investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsi, maliyyə sağlamlığının yaxşılaşdırılması məqsədlərinə nail olmaq üçün ötən müddət ərzində əsaslı işlər görülmüşdür.
Belə ki, Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilmiş dövlət müəssisələrinin korporativ idarəetmə sistemində, maliyyə və əməliyyat göstəricilərində əhəmiyyətli yaxşılaşma müşahidə edilmişdir. Portfel Şirkətlərin səmərəli fəaliyyəti nəticəsində ümumi gəlirləri təqribən 52%, EBİTDA göstəricisi 85% artmış və 12 şirkətdən 8-də potensial dividend ödəmə imkanları yaranmışdır.
Bütövlükdə, 2022-ci ildə dövlət büdcəsinin gəlirləri təxminən 31 mlrd. manat, xərcləri isə 32 mlrd. manat icra olunmuşdur.
Fiskal tənzimləmə çərçivəsində 2022-ci ilin yanvarın 1-dən təkmilləşdirilmiş büdcə qaydasının tətbiqi bərpa edilmişdir. Büdcə qaydası büdcənin neft gəlirlərindən asılılığın mərhələlərlə aradan qaldırılmasına, fiskal dayanıqlığın və maliyyə intizamının gücləndirilməsinə töhfə verməklə yanaşı, Dövlət Neft Fondunun aktivlərinin hədəflənən səviyyələrdə qorunmasına da imkan yaradır.
Məlum olduğu kimi, inflyasiya son illərdə bütün dünyada ciddi problemə çevrilib. O cümlədən, ticarət tərəfdaşımız olan ölkələrdə inflyasiya templərinin artması müşahidə edilmiş, orta illik inflyasiya 20,4% olmuşdur. Bu proses ölkə daxilində qiymətlərin ümumi səviyyəsinin artmasına da təsir göstərmişdir.
2022-ci ildə Azərbaycanda orta illik inflyasiya 13,9 faiz təşkil etmişdir. Xüsusilə ərzaq qiymətləri idxal vasitəsilə daxili ərzaq inflyasiyasına ciddi təsir göstərmişdir.

İdxal olunan məhsulların illik qiymət indeksinin artımı 22%-dən çox olmuşdur. Azərbaycandakı inflyasiya əsasən idxal edilmiş inflyasiyadır.

Buna baxmayaraq yüksək neft qiymətləri şəraitində tədiyə balansının profisitli olması, valyuta bazarında tarazlıq, qəbul edilmiş makro-fiskal çərçivə parametrləri və monetar şərait inflyasiya təzyiqlərini nisbətən məhdudlaşdırmışdır.

Cənab Prezidentin Hökumətə verdiyi tapşırıqlardan irəli gələrək antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında Nazirlər Kabinetinin 2022-ci il 21 fevral tarixli Sərəncamına əsasən müvafiq Tədbirlər Planı təsdiq edilmişdir və hesabat ili ərzində aidiyyəti dövlət qurumları tərəfindən görülən tədbirlər inflyasiya proseslərinə azaldıcı təsir göstərmişdir.
Təchizat zəncirinin pozulması, iqlim dəyişikliyi, COVID-19 pandemiyası, artan faiz dərəcələri səbəbindən maliyyə vəziyyətinin sərtləşməsi və Ukraynadakı müharibə qlobal qida sistemini görünməmiş şoka məruz qoymuşdur.
Dünyanın aparıcı beynəlxalq təşkilatları və maliyyə institutları ötən ay birgə bəyanat yayaraq, qlobal ərzaq tədarükünün 2022-2023-cü il dövründə 3 ilin ən aşağı səviyyəsinə enəcəyi barədə xəbərdarlıq ediblər.
Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi cənab Prezident tərəfindən Hökumət qarşısında strateji vəzifə kimi qoyulub. Daxili bazarda özünütəminat səviyyəsinin qorunması və əhalinin əsas ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması istiqamətində vacib işlər görülmüşdür.
Əsas ərzaq məhsulları üzrə ehtiyatların yaradılması ilə bağlı Qərarlar qəbul olunmuşdur. Minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsullarının tədarükü və emalı ilə məşğul olan sahibkarlara güzəştli şərtlərlə kreditlər, faiz subsidiyaları və vergi-gömrük güzəştləri verilmişdir.
Ötən il ərzində kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət tərəfindən maliyyə dəstəyi olaraq ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün 540 mln. manat vəsait sərf edilmişdir (2021-ci ildən 18.8% çox).
Cənab Prezidentin “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” 2022-ci il 19 iyul tarixli Fərmanına uyğun olaraq 2023-cü ildə müvafiq tədbirlərin həyata keçirilməsi üçün 180 mln. manat nəzərdə tutulub. Hesabat ilində Dövlət Taxıl Fondunda ərzaqlıq buğda ehtiyatının artırılması üçün 87,5 mln. manat vəsait ayrılmışdır. Sahibkarlığın İnkişafı Fondu tərəfindən verilən güzəştli kreditlərin 69%-i aqrar sektora yönəldilmişdir.
2022-ci il ərzində Prezidentin Sərəncamları (44) ilə regionların sosial-iqtisadi inkişafı üçün dövlət büdcəsindən 208 mln.manat vəsait ayrılmışdır.
Kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi üçün vacib olan su problemləri ilə bağlı məsələyə də toxunmaq istərdim.

İqlim dəyişməsi, əsasən qonşu ölkələrdən daxil olan yerüstü su ehtiyatlarının azalması, digər tərəfdən əhalinin sayının artması, ölkə iqtisadiyyatının, o cümlədən kənd təsərrüfatının inkişafı, əkin sahələrinin, suvarma və içməli su təchizatı üzrə şəbəkələrin genişləndirilməsi son nəticədə su təhlükəsizliyi məsələsini ən aktual mövzulardan birinə çevirmişdir.

Cənab Prezidentin tapşırığı ilə su ehtiyatlarından planlı, optimal və səmərəli şəkildə istifadənin təmin edilməsi və su təsərrüfatında yaranmış problemlərin həlli Hökumət qarşısında duran ən ciddi vəzifələrdən biridir.

Dövlət başçısının Sərəncamı ilə 2020-ci ildə su ehtiyatlarından səmərəli istifadə üzrə Komissiya yaradılıb. Komissiya su ehtiyatlarından istifadəyə gündəlik rejimdə monitorinq və nəzarəti həyata keçirir.

Eyni zamanda yanacaq-enerji balansı ilə yanaşı, Azərbaycanda ilk dəfə olaraq su təsərüfatı balansı formalaşdırılıb. Bu balans çərçivəsində su ehtiyatlarının formalaşması və istifadəsi üzrə dəyərləndirmələr aparılır.

Görülmüş işlər nəticəsində su ehtiyatlarından səmərəli istifadə, azalan su həcmlərinə qənaət artmışdır. Belə ki, əsas su anbarlarında suyun həcmi 1 yanvar 2023-cü il tarixinə 12,5 milyard kubmetr təşkil etmişdir ki, bu da 2022-ci illə müqayisədə 600 milyon kubmetr, 2020-2021-ci illərlə müqayisədə 2 milyard kubmetrdən çoxdur.
Eyni zamanda mövcud infrastrukturun yaxşılaşdırılması, su itkilərinin minimuma endirilməsi, su sahəsində fəaliyyət göstərən qurumlarda institusional, struktur islahatlarının aparılması, müvafiq qanunvericilik və normativ-hüquqi aktların təkmilləşdirilməsi istiqamətində lazımi tədbirlər görülür.
Bütün bunlarla yanaşı, əsas çağırış sudan maksimum səmərəli və qənaətlə istifadə etməkdir. Bu, bütün su istehlakçılarına aiddir. Su sərvətdir və onu qorumaq hər birimizin borcudur.    
Hörmətli deputatlar!

İqtisadi siyasətin sosial siyasətlə uzlaşdırılması Prezident İlham Əliyevin Hökumət qarşısında müəyyən etdiyi əsas vəzifələrdən biridir.

Hesabat ilində əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində əmək haqlarının, əmək pensiyalarının, sosial müavinətlərin və təqaüdlərin, xüsusən də aztəminatlı təbəqənin sosial ödənişlərinin artırılması ilə bağlı bir sıra mühüm qərarlar qəbul olunmuşdur.

Belə ki, 2022-ci ildə minimum əmək haqqları 20% artırılaraq 250 manatdan 300 manata çatdırılmışdır. Həmçinin minimum pensiya məbləği 20%, sosial müavinətlər və Prezident təqaüdləri 26% artırılmışdır. Bundan əlavə, aylıq müavinətlərin orta məbləği üzrə artım 33% təşkil etmişdir.

Ümumilikdə, 2022-ci il ərzində 3,4 milyon nəfəri əhatə edən və əlavə illik maliyyə yükü 2,1 milyard manat olan sosial islahat paketi həyata keçirilmişdir. Bu tədbirlər əhalinin real gəlirlərinin qorunmasına və inflyasiyanın fəsadlarının yumşaldılmasına hesablanıb.


Cənab Prezident tərəfindən 2023-cü ilin əvvəlindən sosial artımları özündə ehtiva edən sosial islahatlar davam etdirilmişdir. Ümumilikdə, 2023-cü ildə əməkhaqqı və sosial ödənişlərdə yeni artımlar üçün əlavə 750 milyon manat vəsait nəzərdə tutulub. Həmin artımlar 1,9 milyon vətəndaşı əhatə edəcəkdir.

2022-ci ildə dövlət büdcəsi xərclərinin 11 milyard 577 milyon manatı və ya 36 faizi sosialyönlü xərclərin maliyyələşdirilməsinə yönəldilmişdir.

Qeyd edim ki, əhalinin banklarda olan əmanətləri 27% və ya 2,5 mlrd. manat artaraq 11,7 mlrd. manat təşkil etmişdir.
Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərə, şəhid ailələrinə, həmçinin sosial cəhətdən həssas təbəqədən olan digər ailələrə postmüharibə dövründə 4500-dən artıq, o cümlədən 2022-ci ildə 1500 mənzil təqdim edilmişdir. Keçmiş qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin təminatı üçün 2022-ci ilin dövlət büdcəsindən 365 mln. manat vəsait yönəldilmişdir.
Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində tarixi qələbəmizin təminatçısı olan Silahlı Qüvvələrimizin müdafiə qabiliyyətinin daha da möhkəmləndirilməsi, ordu quruculuğu, dövlətin milli təhlükəsizliyinin gücləndirilməsi və hərbçilərin sosial-məişət və xidmət şəraitinin yaxşılaşdırılmasına yönəlmiş xüsusi tədbirlər görülmüşdür.
Hörmətli deputatlar!
Azərbaycan Prezidentinin səyləri nəticəsində son dövrlərdə Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyinin təminində və nəqliyyat dəhlizlərinin inkişafında rolu daha da artmışdır. Artıq Azərbaycan regionda elektrik enerjisi ixrac edən aparıcı dövlətə çevrilmişdir.
Cənub Qaz Dəhlizi vasitəsilə hesabat ili ərzində ümumilikdə 21 mlrd., o cümlədən Avropaya 11,4 mlrd. kubmetr qaz ixrac edilmişdir.
Ötən il Azərbaycan ilə Avropa İttifaqı arasında energetika sahəsində strateji tərəfdaşlıq haqqında Memorandum imzalandı. Sənədə əsasən, 2027-ci ilədək TANAP-la qaz nəqlinin indiki 16 milyard kubmetrdən 31 milyard kubmetrə, TAP-la isə 11 milyard kubmetrdən 20 milyard kubmetrə çatdırılması nəzərdə tutulur.
Bütün bunlar Avropanın qaz bazarında Azərbaycanın rolunun artırılması məqsədinə xidmət edir.
Eyni zamanda Azərbaycan böyük bərpaolunan enerji potensialına malikdir ki, bu potensial külək və günəş enerjisində cəmləşib. Prezident İlham Əliyevin uğurlu enerji siyasətinin nəticəsində bu istiqamətdə mühüm işlər görülür.
O cümlədən ötən il Dövlət başçısının iştirakı ilə “ACWA Power” şirkəti tərəfindən 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının və “Masdar” şirkəti tərəfindən 230 MVt gücündə “Qaradağ” Günəş Elektrik Stansiyasının inşasının təməlqoyma mərasimləri keçirilmişdir.
2022-ci ilin dekabr ayında Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Saziş bu istiqamətdə atılan mühüm addımdır.
Dünyada, o cümlədən regionda cərəyan edən əsas geosiyasi hadisələr fonunda Azərbaycanın nəqliyyat-tranzit infrastrukturuna da tələbat artıb. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərin kəsişməsində yerləşən ölkəmiz regionun mühüm nəqliyyat və logistika habı kimi tanınır.

Ötən il Azərbaycan ərazisindən keçən tranzit yükdaşımalar 75 faizdən çox artmışdır.

Eyni zamanda, beynəlxalq yükdaşımalarda Orta dəhlizinin rolunun gündən-günə artdığını nəzərə alaraq, Azərbaycan bu dəhlizin də təşviq edilməsinə öz töhfəsini verir.

Tranzit silsiləsində olan qurumlarda infrastrukturun yaxşılaşdırılması və müvafiq ötürücülük qabiliyyətinin artırılması istiqamətində tədbirlər davam etmişdir.

Belə ki, 2022-ci ildə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə ümumi yükaşırmanın həcmi 15% artaraq 6,4 mln. ton təşkil etmişdir ki, onun da 89%-i tranzit yüklərin payına düşmüşdür.

Tranzit imkanlarının daha da artırılması məqsədilə cənab Prezident Bakı Limanının yükaşırma qabiliyyətinin genişləndirilməsi üzrə 2-ci fazanın tikintisinə başlanması ilə bağlı göstəriş vermişdir və bu istiqamətdə əsaslı işlərə artıq başlanılmışdır.


Azərbaycan Xəzər dənizində ən böyük mülki yük donanmasına malikdir və öz mövqeyini daha da gücləndirir.

Ötən il ölkədə avtomobil və dəmir yollarının, həmçinin yol infrastrukturun tikintisi, yenidən qurulması və bərpası davam etdirilmişdir.

Ümumilikdə, 2022-ci il ərzində ölkə üzrə 803 km, o cümlədən regionlarda 623 km respublika və yerli əhəmiyyətli avtomobil yolu tikilmiş və əsaslı təmir olunmuş, regionlarda 301 km dəmir yolu xətti yenidən qurulmuş, 113 dəmir yolu tuneli və ya körpüsü tikilmiş və ya əsaslı təmir olunmuşdur.

44 günlük Vətən müharibəsində qazanılan qələbədən sonra regionumuzda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar açılıb.

Bu kontekstdə yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin, xüsusilə Zəngəzur dəhlizinin açılması böyük əhəmiyyət kəsb edir. Azərbaycan Zəngəzur dəhlizi çərçivəsində öz ərazisində lazımi infrastrukturun yaradılması ilə bağlı işləri sürətlə davam etdirir.

Horadiz-Ağbənd dəmir yolunun tikintisi üzrə işlər 38%, Horadiz - Cəbrayıl - Zəngilan - Ağbənd avtomobil yolu üzrə isə 74% yerinə yetirilmişdir (hər iki yolun tikintisi 2024-cü ildə başa çatacaq).
Hörmətli deputatlar!
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiq edilmişdir.
Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrasının təmin edilməsi məqsədilə Nazirlər Kabinetinin sərəncamı imzalanmışdır.

Cənab Prezidentin birbaşa iştirakı və rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə xidmət edir.

Vətən müharibəsindən ötən müddət ərzində işğaldan azad olunmuş ərazilərdə müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması, iqtisadi fəaliyyətin, o cümlədən nəqliyyat-kommunikasiya xətlərinin bərpası istiqamətində mühüm işlər görülmüşdür.

Yadda qalan tarixi hadisələrdən biri işğaldan azad olunmuş Zəngilan rayonunun Ağalı kəndinə əhalinin köçürülməsinə başlanılmasıdır. Prezident İlham Əliyevin və Birinci Vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə mayın 27-də Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi həyata keçirilmişdir. Birinci mərhələdə 66 ailənin (326 nəfər), indiyə qədər isə 86 ailənin (420 nəfər) Ağalıya köçürülməsi təmin olunmuşdur.
Cari ilin sonuna qədər isə laçınlıların birinci qrupunun yerləşdirilməsi planlaşdırılır. Zabux və Sus kəndlərində 296 ailənin məskunlaşacağı nəzərdə tutulur. Bu günlərdə Talış kəndinə ilk 20 ailənin köçürülməsi həyata keçirilir.

2022-ci il oktyabrın 20-də Azərbaycan və Türkiyə Prezidentlərinin iştirakı ilə müasir səviyyədə inşa olunmuş Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimi həyata keçirilmişdir.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının vahid enerji şəbəkəsinə qoşulması təmin olunub. Azad olunmuş torpaqlarda 11 su elektrik stansiyası inşa edilib.  

Hesabat dövrü ərzində işğaldan azad edilmiş ərazilərdə ümumi uzunluğu 2241 km təşkil edən 19 avtomobil yolunun layihələndirilməsi və tikintisi işləri və Laçın Beynəlxalq Hava Limanının tikintisi ilə əlaqədar işlərin yerinə yetirilməsi davam etdirilmişdir.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında “Ağdam” və “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parklarında ümumilikdə 18 sənaye müəssisəsi qeydiyyata alınmışdır. Burada layihələrin həyata keçirilməsinə ümumilikdə 106 mln. manata yaxın sərmayə qoyuluşu nəzərdə tutulur, 800-dən çox yeni iş yerlərinin açılması planlaşdırılır.


Kənd təsərrüfatının inkişaf məqsədləri üçün 940 fermer təsərrüfatı qeydiyyatdan keçmiş və yerlərə köçürülməsi təşkil edilmişdir. Eyni zamanda 48 min hektar əkinəyararlı torpaq sahəsi müəyyən edilmiş və həmin torpaq sahələrində payızlıq buğda və arpa əkilmişdir.

Bütövlükdə, son iki ildə dövlət büdcəsindən işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasına ümumilikdə 6,5 mlrd. manat vəsait yönəldilmişdir (ondan 2022 – 4,3 mlrd.manat).


İşğaldan azad olunmuş ərazilərə verilən vergi, gömrük, sosial sığorta, investisiya təşviqi, kredit və digər güzəştlər paketi həmin ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyasına, əhalinin dayanıqlı məskunlaşmasına, məşğulluğa və davamlı iqtisadi aktivliyin təmin olunmasına töhfə verəcəkdir.

Fürsətdən istifadə edərək güzəştlər paketinin təsdiq olunmasını yekdilliklə dəstəklədiyi üçün hörmətli millət vəkillərinə bir daha təşəkkürümü ifadə edirəm.

Təbii olaraq genişmiqyaslı layihələrin həyata keçirilməsi üçün işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsinin vacibliyini nəzərə alaraq Minatəmizləmə Agentliyi lazımi maddi-texniki resurslarla təmin olunmuşdur.

Həmin ərazilərdə minatəmizləmə əməliyyatlarına ANAMA ilə birgə Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti və 4 yerli özəl şirkət də cəlb olunub. Görülən tədbirlər nəticəsində ümumilikdə 65 min hektar, o cümlədən 2022-ci ildə 44 min hektar ərazi təmizlənmişdir.


Hörmətli deputatlar!
Ötən il Azərbaycanın incisi olan qədim Şuşa şəhərinin 270 illiyi qeyd edilmişdir. Dövlət başçımızın 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Sərəncamının icrasını təmin etmək məqsədilə çoxsaylı silsiləvi mədəniyyət və digər tədbirlər, o cümlədən  Dünya Azərbaycanlılarının V Qurultayı, Qoşulmama Hərəkatının Gənclər Sammitinin yekun toplantısı, V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı və Vaqif Poeziya Günləri keçirilmişdir.

Eyni zamanda Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilmişdir.


Hörmətli xanım sədr! Hörmətli deputatlar!

2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur.
Ulu Öndərin yubileyinin dövlət səviyyəsində qeyd olunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidenti 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Sərəncam imzalamışdır.


Ulu Öndərin əziz xatirəsinin və zəngin irsinin yaşadılması, onun qurduğu müstəqil Azərbaycan dövlətinin mənafelərinin qorunması yaşımızdan və vəzifəmizdən asılı olmayaraq hər birimizin – Hökumət üzvlərinin, deputatların, ümumilikdə cəmiyyət üzvlərinin, bir sözlə hər bir Azərbaycanlının mənəvi borcudur.

2020-ci il 8 noyabr nidasını Şuşada qoyan və bununla da ata vəsiyətini yerinə yetirən cənab Prezidentimizin rəhbərliyi ilə biz Dahi Şəxsiyyət, unudulmaz Heydər Əliyevin bizlərə miras qoyduğu müasir, müstəqil, dünyəvi və demokratik Azərbaycan Republikasının müstəqilliyinin möhkəmləndirilməsi, Vətənimizin daha da inkişaf etdirilməsi və çiçəklənməsi üçün yorulmadan səy göstərməliyik.

Hörmətli deputatlar!
2023-cü ildə qarşınıza qoyulmuş məsuliyyətli və şərəfli vəzifələrin yerinə yetirilməsində, qanunvericilik sahəsindəki fəaliyyətinizdə Sizlərə uğurlar arzu edirəm.  
Fürsətdən istifadə edib qarşıdan gələn Novruz Bayramı münasibətilə hər birinizi və ailələrinizi ürəkdən təbrik edir, cansağlığı və xoşbəxtlik arzulayıram.
Diqqətinizə görə sağ olun!
___________________________

AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
Azərbaycan
  • Ümummilli Lider
  • Prezident
  • Tarix
  • Ərazi
  • Konstitusiya
  • Bayramlar
  • Qan yaddaşı
  • Vətən müharibəsi
Xəbərlər
  • Bütün xəbərlər
  • Görüşlər
  • Tədbirlər
  • Səfərlər
  • Mətbuat xidmətinin məlumatı
  • Mətbuat xidmətinin bülletenləri
  • Nazirlər Kabineti yanında Operativ Qərargah
Sənədlər
  • Bütün sənədlər
  • Qərarlar
  • Sərəncamlar
  • Məktublar
Rəhbərlik
  • Azərbaycan Respublikasının Baş naziri
  • Azərbaycan Respublikası Baş nazirinin müavinləri
Şura və komissiyalar
  • Hökumətlərarası Komissiyalar
Nazirlər kabineti
  • Səlahiyyətləri
  • İş qaydası
  • Azərbaycan Respublikası Nazirlər Kabineti
  • Mərkəzi İcra hakimiyyəti orqanları
  • Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı haqqında Əsasnamə
  • Statusu
Nazirlər kabinetinin aparatı
  • Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının strukturu
Müraciətlər
  • Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatında qəbul günləri
  • Qəbula yazılmaq
  • Müraciət
  • Vətəndaşların müraciətlərinə dair qanunvericilik
Azərbaycan
  • Ümummilli Lider
  • Prezident
  • Tarix
  • Ərazi
  • Konstitusiya
  • Bayramlar
  • Qan yaddaşı
  • Vətən müharibəsi
Xəbərlər
  • Bütün xəbərlər
  • Görüşlər
  • Tədbirlər
  • Səfərlər
  • Mətbuat xidmətinin məlumatı
  • Mətbuat xidmətinin bülletenləri
  • Nazirlər Kabineti yanında Operativ Qərargah
Sənədlər
  • Bütün sənədlər
  • Qərarlar
  • Sərəncamlar
  • Məktublar
Rəhbərlik
  • Azərbaycan Respublikasının Baş naziri
  • Azərbaycan Respublikası Baş nazirinin müavinləri
Şura və komissiyalar
  • Hökumətlərarası Komissiyalar
Nazirlər kabineti
  • Səlahiyyətləri
  • İş qaydası
  • Azərbaycan Respublikası Nazirlər Kabineti
  • Mərkəzi İcra hakimiyyəti orqanları
  • Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı haqqında Əsasnamə
  • Statusu
Nazirlər kabinetinin aparatı
  • Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının strukturu
Müraciətlər
  • Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatında qəbul günləri
  • Qəbula yazılmaq
  • Müraciət
  • Vətəndaşların müraciətlərinə dair qanunvericilik
© Nazirlər Kabineti 2022 Bütün hüquqlar qorunur