Republic Of Azerbaijan
Cabinet Of Ministers
Republic Of Azerbaijan
Cabinet Of Ministers
  • Azerbaijan
    • National Leader
    • President
    • History
    • Area
    • Constitution
    • Holidays
    • Blood memory
    • Patriotic War
  • News
    • All news
    • Meetings
    • Events
    • Visits
    • Press Office News
    • Press service newsletters
    • Task Force under the Cabinet of Ministers
  • Documents
    • All documents
    • Resolutions
    • Orders
    • Letters
  • Senior officials
    • Prime Minister of the Republic of Azerbaijan
    • Deputy Prime Ministers of the Republic of Azerbaijan
  • Cabinet of ministers
    • Powers
    • İş qaydası
    • Cabinet of Ministers of the Republic of Azerbaijan
    • Central executive authorities
    • Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı haqqında Əsasnamə
    • Status
  • Office of cabinet of ministers
    • Structure of Office of the Cabinet of Ministers of the Republic of Azerbaijan
  • Appeals
    • Reception days at the Office of the Cabinet of Ministers of the Republic of Azerbaijan
    • Book an appointment
    • Enquiry
    • Vətəndaşların müraciətlərinə dair qanunvericilik
  • Contact
  • EN
    • AZ
    • EN
    • RU
EN
  • AZ
  • EN
  • RU
Contact
  • Azerbaijan
    • National Leader
    • President
    • History
    • Area
    • Constitution
    • Holidays
    • Blood memory
    • Patriotic War
  • News
    • All news
    • Meetings
    • Events
    • Visits
    • Press Office News
    • Press service newsletters
    • Task Force under the Cabinet of Ministers
  • Documents
    • All documents
    • Resolutions
    • Orders
    • Letters
  • Senior officials
    • Prime Minister of the Republic of Azerbaijan
    • Deputy Prime Ministers of the Republic of Azerbaijan
  • Cabinet of ministers
    • Powers
    • İş qaydası
    • Cabinet of Ministers of the Republic of Azerbaijan
    • Central executive authorities
    • Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı haqqında Əsasnamə
    • Status
  • Office of cabinet of ministers
    • Structure of Office of the Cabinet of Ministers of the Republic of Azerbaijan
  • Appeals
    • Reception days at the Office of the Cabinet of Ministers of the Republic of Azerbaijan
    • Book an appointment
    • Enquiry
    • Vətəndaşların müraciətlərinə dair qanunvericilik
Letters
  • All documents
  • Resolutions
  • Orders
  • Letters

Baş nazir Əli Əsədov İrakli Kobaxidzeni Gürcüstanın Baş naziri vəzifəsinə yenidən təsdiq edilməsi və yeni hökumətin formalaşması münasibətilə təbrik edib

Letters 29 November 2024 - 11:40
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Gürcüstanın Baş naziri vəzifəsinə yenidən təsdiq edilməsi və yeni hökumətin formalaşması münasibətilə İrakli Kobaxidzeyə təbrik məktubu ünvanlayıb. Məktubda Azərbaycanın dost ölkə və etibarlı tərəfdaş olan Gürcüstanla münasibətlərinin yüksələn xətlə inkişaf etməsindən məmnunluq ifadə olunub. Dərin tarixi əlaqələrlə bir-birinə bağlı olan iki ölkənin həm ikitərəfli əsasda, həm də çoxtərəfli qaydada qarşılıqlı maraq doğuran sahələrdə səmərəli əməkdaşlıq etdikləri vurğulanıb. Qeyd olunub ki, Azərbaycan bundan sonra da Gürcüstan ilə dostluğa, qarşılıqlı etimad və dəstəyə əsaslanan əlaqələri və strateji tərəfdaşlığı genişləndirmək əzmindədir.

MDB-nin Baş katibi Baş nazir Əli Əsədova təbrik məktubu ünvanlayıb

Letters 21 February 2024 - 19:14
Müstəqil Dövlətlər Birliyinin Baş katibi Sergey Lebedev Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova təbrik məktubu ünvanlayıb. Məktubda deyilir:   Çox hörmətli Əli Hidayət oğlu! Yenidən yüksək dövlət vəzifəsi, Azərbaycan Respublikasının Baş naziri təyin edilməniz münasibətilə səmimi təbriklərimi qəbul edin. Əminəm ki, Sizin rəhbərlik etdiyiniz hökumət ölkənin sosial-iqtisadi inkişafı üçün effektiv işləyəcək, həmçinin Müstəqil Dövlətlər Birliyi məkanında hərtərəfli əməkdaşlığın qorunması istiqamətində xətti davam etdirəcək. Çox hörmətli Əli Hidayət oğlu, Sizə cansalığı, əmin-amanlıq və Azərbaycan xalqının mənafeyi naminə  planların və təşəbbüslərin icrasında uğurlar arzulayıram.   Dərin hörmətlə,   Sergey Lebedev Müstəqil Dövlətlər Birliyinin Baş katibi  

BP-nin regional prezidenti Baş nazir Əli Əsədova təbrik məktubu ünvanlayıb

Letters 21 February 2024 - 19:13
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz  Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova təbrik məktubu ünvanlayıb. Məktubda deyilir: Hörmətli cənab Baş nazir, BP şirkətinin adından Sizi Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə yenidən təyin olunmağınız münasibətilə səmimi qəlbdən təbrik edirəm. Siz möhkəm can sağlığı və Azərbaycan Respublikasının tərəqqisi naminə fəaliyyətinizdə davamlı uğurlar arzu edirəm. Bu il AÇG tərəfdaşları ilə Azərbaycan arasındakı uğurlu tərəfdaşlığın rəmzi olan “Əsrin Müqaviləsinin” 30 illiyi ilə əlamətdardır. Biz Azərbaycanla inilliklər boyu davam edən əlaqələrimizə yüksək dəyər verir və Azərbaycan Höküməti və Socar ilə olan uzunmüddətli tərəfdaşlığımıza sadiq qalırıq. Fürsətdən istifadə edərək, Sizə bu illər ərzində BP-nin operatoru olduğu layihələrə göstərdiyiniz davamlı dəstəyə görə minnətdarlığımızı bildiririk. Bu uğurlu əməkdaşlığı yüksək qiymətləndirir və uzun illər davam edəcəyinə ümid edirik.   Hörmətlə, Qəri Counz

Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz Baş nazir Əli Əsədova təbrik məktubu ünvanlayıb

Letters 18 February 2024 - 14:00
Türkiyə Respublikasının Vitse-prezidenti Cevdet Yılmaz Əli Əsədovu Baş nazir təyin edilməsi münasibətilə təbrik edib. Məktubda deyilir: Hörmətli Baş nazir, Əziz Qardaşım, 2024-cü il 7 fevral tarixində Azərbaycanda keçirilmiş Prezident seçkilərindən sonra yenidən Baş nazir vəzifəsinə təyin olunmağınız münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Cənab Prezident İlham Əliyevin seçkilərdə ölkə tarixində ən yüksək səs göstəricisinə nail olduğu tarixi qələbəsinin qardaş Azərbaycan xalqı, ölkələrimiz arasındakı münasibətlər və bütün regionumuz üçün faydalı olmasını arzu edirəm. Azərbaycanın bütün suveren torpaqlarında ilk dəfə keçirilən bu seçkinin tarixi əhəmiyyəti var. Qarşıdan gələn yeni dövrdə onsuz da mükəmməl səviyyədə olan güclü əməkdaşlığımızı və əlaqələrimizi daha da möhkəmləndirərək hər zaman olduğundan daha yüksək səviyyələrə çatdıracağımıza inanıram. Fürsətdən istifadə edərək 2023-cü il 20 dekabr tarixində olkənizə səfərim zamanı göstərdiyiniz yüksək ev sahibliyi və qonaqpərvərliyə görə Sizə bir daha təşəkkür etmək istəyirəm. Digər tərəfdən, qarşıdakı dövrdə təşkil edəcəyimiz iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclası ilə bağlı Sizi ölkəmizdə qonaq etməkdən duyacağım məmnunluq hissini də qeyd etmək istəyirəm. Bu imkandan istifadə edib Zati-alinizin sədrlik etdiyi Hökumətinizə uğurlar arzulayır, Sizə cansağlığı, xoşbəxtlik və can Azərbaycan xalqının rifahı üçün bir daha ən xoş arzularımı bildirirəm. Uğurlarınız daimi, birliyimiz əbədi olsun!        Cevdet YılmazTürkiyə Respublikasının       Vitse-prezidenti

Özbəkistanın Baş naziri Azərbaycanın Baş naziri Əli Əsədovu təbrik edib

Letters 17 February 2024 - 14:00
Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripov Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova təbrik məktubu ünvanlayıb.   Abdulla Aripov həmkarını Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.   Məktubda Azərbaycan-Özbəkistan dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi məqsədilə dövlət başçıları tərəfindən iki ölkənin hökumətlərinin qarşısında qoyulmuş mühüm vəzifələrin həyata keçirilməsində sıx əməkdaşlığa ümid ifadə olunur.   Abdulla Aripov, həmçinin nəqliyyat-logistika, energetika, sənaye, kənd təsərrüfatı, mədəni-humanitar və digər sahələrdə əldə olunmuş razılaşmaların ardıcıl surətdə həyata keçiriləcəyinə əminliyini ifadə edib.

Erkan Özoral Baş nazir Əli Əsədova təbrik məktubu ünvanlayıb

Letters 17 February 2024 - 12:20
Türkiyə Cumhuriyyətinin 2016-2021-ci illərdə Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri, 2021-ci ildən Türkiyə Prezidentinin Protokol xidmətinin müdiri Erkan Özoral Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova təbrik məktubu ünvanlayıb. Məktubda deyilir: Hörmətli Əli bəy Cənabları, Yenidən Baş nazir təyin olunmağınız münasibətilə ürəkdən təbriklərimi və dərin hörmətimi ifadə edir, Sizə can sağlığı və yeni müvəffəqiyyətlər arzu edirəm. Hörmətlə, Erkan Özoral

Baş nazir Əli Əsədov Qazaxıstanın yeni Baş nazirini təbrik edib

Letters 08 February 2024 - 11:15
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Qazaxıstan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsi münasibətilə Oljas Bektenova təbrik məktubu ünvanlayıb. Məktubda Azərbaycan ilə Qazaxıstan arasında ənənəvi dostluq münasibətlərinin və əməkdaşlığın gələcəkdə də inkişaf edəcəyinə və genişlənəcəyinə əminlik ifadə olunub.  Həmçinin iki ölkənin qardaş xalqlarının mənafeyi naminə gələcəkdə də qarşılıqlı faydalı əməkdaşlığın bütün kompleksinin inkişafı məqsədilə fəal birgə fəaliyyətə hazırlıq ifadə olunub.

Baş nazir Əli Əsədov Ukraynanın Baş nazirini Müstəqillik Günü münasibətilə təbrik edib

Letters 24 August 2023 - 11:20
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Ukraynanın Baş naziri Denis Şmıqala ölkəsinin Müstəqillik Günü münasibətilə təbrik məktubu ünvanlayıb. Məktubda Azərbaycan və Ukrayna xalqları arasında əsrlərdən bəri davam edən dostluq və əməkdaşlıq ənənələrinin mövcud olduğu vurğulanıb. Qeyd olunub ki, məhz bu möhkəm təməllər üzərində qurulmuş dövlətlərarası münasibətlərin hazırkı səviyyəsi məmnunluq doğurur. Azərbaycan-Ukrayna ənənəvi dostluq münasibətlərinin və səmərəli əməkdaşlığının xalqlarımızın və ölkələrimizin mənafelərinə uyğun olaraq bundan sonra da müvəffəqiyyətlə inkişaf edəcəyinə və genişlənəcəyinə əminlik ifadə olunub.

Özbəkistanın Baş naziri Azərbaycana rəsmi səfərinin nəticələri ilə bağlı Baş nazir Əli Əsədova məktub ünvanlayıb

Letters 27 July 2023 - 09:45
Cari ilin 18-19 iyul tarixlərində Azərbaycan Respublikasında rəsmi səfərdə olan Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripov Baş nazir Əli Əsədova məktub ünvanlayıb. Məktubda qeyd edilir ki, səfər zamanı Özbəkistan nümayəndə heyəti uğurla həyata keçirilən dəyişikliklər sayəsində Azərbaycan Respublikasının bütün sahələrdə inkişaf etdiyinin şahidi olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə keçirilən görüş zamanı iki ölkə arasında mövcud olan dostluğun və qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi və daha yüksək səviyyəyə çatdırılması ilə bağlı Azərbaycan və Özbəkistan liderlərinin yüksək əzmkarlığının hiss olunduğu vurğulanıb. Bildirilib ki, Bakı şəhərində yüksək səviyyədə təşkil olunmuş tədbirlər, gündəlikdə duran aktual məsələlər, aparılmış açıq və səmimi danışıqlar Azərbaycanla Özbəkistan arasında çoxplanlı qarşılıqlı faydalı strateji tərəfdaşlıq münasibətlərinin gələcək inkişafına xidmət edəcəkdir. Nəqliyyat və logistika, energetika, sənaye kooperasiyası, kənd təsərrüfatı, mədəni-humanitar əməkdaşlıq və digər sahələrdə əldə edilmiş razılıqların iki qardaş xalqın rifahı naminə ardıcıl həyata keçiriləcəyinə əminlik ifadə olunub. Səfər çərçivəsində Füzuli şəhərində aparılan tikinti işləri ilə də tanış olduqlarını qeyd edən Özbəkistanın Baş naziri bu şəhərin yaxın illərdə Azərbaycanın ən maraqlı və gözəl yerlərindən birinə çevriləcəyini bildirib. A.Aripov həmçinin Azərbaycanın Baş nazirini Özbəkistana rəsmi səfərə dəvət edib.

Baş nazir Əli Əsədov Türkiyənin Vitse-prezidenti Fuat Oktaya başsağlığı verib

Letters 06 February 2023 - 10:40
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Türkiyə Respublikasının cənub-şərqində baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı Türkiyənin Vitse-prezidenti Fuat Oktaya  başsağlığı məktubu ünvanlayıb. Məktubda faciə ilə əlaqədar həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verilib, yaralananlara və xəsarət alanlara şəfa dilənib. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə qardaş Türkiyənin zəlzələ bölgəsinə dərhal yardım göstərilməsi ilə bağlı təxirəsalınmaz tədbirlərin görüldüyü vurğulanıb.

Yaponiyanın Baş naziri Fumio Kişida Baş nazir Əli Əsədova təşəkkür məktubu ünvanlayıb

Letters 12 August 2022 - 14:15
Yaponiyanın Baş naziri Fumio Kişida ölkəsinin görkəmli dövlət xadimi, sabiq Baş nazir Şinzo Abenin ölümü ilə əlaqədar ona başsağlığı məktubu ünvanladığına görə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova təşəkkür edib. Təşəkkür məktubunda F.Kişida cari ilin sentyabr ayında Azərbaycan-Yaponiya diplomatik əlaqələrinin qurulmasının 30 illiyinin qeyd olunacağını xüsusi vurğulayıb. İki ölkə arasında müxtəlif sahələrdə geniş əməkdaşlıq münasibətlərinin inkişaf edəcəyinə ümidvarlıq ifadə olunub. Yaponiyanın Baş naziri bildirib ki, Azərbaycan ilə Yaponiya arasında dostluq münasibətlərini inkişaf etdirmək üçün çalışmış Ş.Abenin iradəsinin davamçısı olaraq ikitərəfli əlaqələrin daha da möhkəmlənməsi istiqamətində səylərini əsirgəməyəcəkdir.

Pakistanın Baş naziri Şahbaz Şərif Baş nazir Əli Əsədova məktub ünvanlayıb

Letters 07 July 2022 - 09:15
Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şərif Azərbaycan-Pakistan diplomatik əlaqələrinin qurulmasının 30 illiyi münasibətilə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun təbrik məktubuna cavab olaraq Ə.Əsədova məktub ünvanlayıb. Pakistanın Baş naziri Şahbaz Şərif təbrik məktubunda iki ölkə arasında qardaşlıq münasibətlərinin ötən dövr ərzində siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığın artması ilə möhkəm və çoxşaxəli tərəfdaşlığa çevrildiyini məmnunnuqla bildirib. Vurğulanıb ki, Pakistan keçmiş Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyini qətiyyətlə dəstəkləyib. Pakistanın hər iki xalqın mənafeləri naminə Azərbaycan ilə əməkdaşlığı daha da dərinləşdirmək və genişləndirmək əzmində olduğu diqqətə çatdırılıb

Müstəqillik Günü münasibətilə Baş nazir Əli Əsədova təbrik məktubları ünvanlanıb

Letters 04 June 2022 - 17:15
Müstəqillik Günü münasibətilə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun ünvanına təbrik məktubları gəlməkdə davam edir. İran İslam Respublikasının Birinci vitse-prezidenti, Qətər Dövlətinin, Qayana Kooperativ Respublikasının və Şri-Lanka Demokratik Sosialist Respublikasının hökumət başçıları, həmçinin Dominikan Respublikasının Prezidenti Baş nazir Əli Əsədova təbriklərini çatdırıblar.

Ukraynanın Baş naziri Denis Şmıqal Müstəqillik Günü münasibətilə Baş nazir Əli Əsədovu təbrik edib

Letters 02 June 2022 - 09:33
Ukraynanın Baş naziri Denis Şmıqal Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Baş nazir Əli Əsədova təbrik məktubu ünvanlayıb. Məktubda qeyd edilir ki, Ukrayna Azərbaycan ilə əməkdaşlığa xüsusi diqqət ayırır. Bildirilir ki, Ukrayna Hökuməti Azərbaycan Hökuməti ilə qarşılıqlı maraq doğuran bütün sahələrdə fəal əlaqələrin həyata keçirilməsinə hazırdır. Ukrayna əhalisinin və məcburi köçkünlərin ehtiyacları üçün Azərbaycan tərəfindən göstərilən humanitar yardımın, həmçinin Ukraynada əkin işlərinin təmin edilməsi üçün əlavə yanacağın ayrılması yüksək qiymətləndirilir. Məktubda Ukrayna-Azərbaycan əməkdaşlığının qarşılıqlı hörmət və dəstək ruhunda inkişaf etməyə davam edəcəyinə əminlik ifadə olunur.

Müstəqillik Günü münasibətilə Baş nazir Əli Əsədovun ünvanına təbriklər gəlməkdə davam edir

Letters 02 June 2022 - 09:30
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova Müstəqillik Günü münasibətilə təbriklər gəlməkdə davam edir.   Maldiv Respublikasının Prezidenti, Latviya Respublikasının, Monteneqronun, Küveyt Krallığının, Bəhreyn Krallığının və Vyetnam Sosialist Respublikasının hökumət başçıları Baş nazir Əli Əsədovu təbrik ediblər.

Türkiyənin Vitse-prezidenti Fuat Oktay Müstəqillik Günü münasibətilə Baş nazir Əli Əsədovu təbrik edib

Letters 28 May 2022 - 10:30
Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Baş nazir Əli Əsədova təbrik məktubu ünvanlayıb.

Bir sıra hökumət başçıları Baş nazir Əli Əsədovu Müstəqillik Günü münasibətilə təbrik edib

Letters 27 May 2022 - 16:00
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova 28 May - Müstəqillik Günü münasibətilə Gürcüstanın, Rusiya Federasiyasının, Macarıstanın Baş nazirləri, Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidenti və Baş naziri, həmçinin Belarus Respublikasının, Özbəkistan Respublikasının, Qırğız Respublikasının, Serbiya Respublikasının, Polşa Respublikasının, Bolqarıstan Respublikasının, Çex Respublikasının, Litva Respublikasının, Rumıniyanın, Myanma İttifaqı Respublikasının hökumət başçıları tərəfindən təbrik məktubları ünvanlanıb. Təbrik məktublarında Azərbaycan ilə adıçəkilən ölkələr arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı məmnunluqla qeyd edilib, ikitərəfli əlaqələrin bundan sonra daha da möhkəmlənəcəyinə əminlik ifadə olunub.

Baş nazir Əli Əsədov Türkiyənin Vitse-prezidenti Fuat Oktayı iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə təbrik edib

Letters 14 January 2022 - 10:50
Baş nazir Əli Əsədov Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə Türkiyənin Vitse-prezidenti Fuat Oktaya təbrik məktubu ünvanlayıb. Baş nazir məktubunda bildirib: “Müstəqillik tariximizdə diplomatik əlaqələr yaratdığımız ilk dövlət olan Türkiyə ilə Azərbaycanı dərin tarixi kökləri, ortaq milli-mənəvi dəyərləri ilə bir-birinə sıx bağlı olan xalqlarımızın iradəsindən irəli gələn sarsılmaz dostluq və qardaşlıq münasibətləri birləşdirir. Bu möhkəm təməllər üzərində qurulmuş dövlətlərarası əlaqələrimiz ötən dövrdə böyük inkişaf yolu keçərək xüsusilə də son illər ərzində dövlət başçılarımızın qətiyyətli səyləri ilə dayanıqlı strateji tərəfdaşlığın və müttəfiqliyin ən yüksək səviyyəsinə çatıb”. Məktubda vurğulanıb ki, Azərbaycanın 44 günlük Vətən müharibəsi zamanı bütün dünya buna bir daha əmin oldu. Zəfər yürüşünün ilk günlərindən Azərbaycana göstərilən siyasi-mənəvi dəstəyə görə qardaş Türkiyə tərəfinə minnətdarlıq bildirilib, Azərbaycanın da öz növbəsində bütün məsələlərdə daim Türkiyənin yanında olduğunu vurğulanıb. 2021-ci il 15 iyun tarixində imzalanmış Şuşa Bəyannaməsi ilə yeni mərhələyə qədəm qoyan Azərbaycan-Türkiyə müttəfiqlik, dostluq və qardaşlıq münasibətlərinin xalqlarımızın mənafelərinə uyğun olaraq daha da möhkəmləndirilməsi və genişləndirilməsi istiqamətində birgə addımların atılmasına hazırlıq ifadə olunub.

Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinə başsağlığı verib

Letters 26 November 2021 - 11:10
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinə başsağlığı məktubu ünvanlayıb. Baş nazir Kemerovo vilayətində “Listvyajnaya” kömür şaxtasında baş vermiş qəza nəticəsində çoxsaylı insan tələfatı xəbərini dərin kədər hissi ilə qarşıladığını bildirib. Məktubda Rusiya Hökumətinin sədrinə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verilib.

Baş nazir Əli Əsədov Türkiyənin Vitse-prezidenti Fuat Oktaya təbrik məktubu ünvanlayıb

Letters 28 October 2021 - 18:46
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov oktyabrın 29-da Türkiyə Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Türkiyənin Vitse-prezidenti Fuat Oktaya təbrik məktubu ünvanlayıb. Məktubda Azərbaycan-Türkiyə dostluq və qardaşlığının xalqlarımızın ortaq milli-mənəvi dəyərlərindən güc aldığı vurğulanıb. İki ölkə arasında müxtəlif sahələrdə səmərəli və fəal əməkdaşlığın bundan sonra da ölkələrimizin tərəqqisinə, xalqlarımızın rifahına xidmət edəcəyinə əminlik ifadə olunub.

İranın Birinci vitse-prezidenti Baş nazir Əli Əsədova təbrik məktubu ünvanlayıb

Letters 26 October 2021 - 17:50
İran İslam Respublikasının Birinci vitse-prezidenti Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova təbrik məktubu ünvanlayıb. Məktubda Məhəmməd Peyğəmbərin mövludu münasibətilə təbriklər çatdırılıb, şərafətli Azərbaycan xalqına müvəffəqiyyətlər və izzət arzulanıb.

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Baş nazir Əli Əsədovu müstəqilliyin bərpasının 30-cu ildönümü münasibətilə təbrik edib

Letters 19 October 2021 - 17:18
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova ölkəmizin müstəqilliyinin bərpasının 30-cu ildönümü münasibətilə təbrik məktubu ünvanlayıb. Məktubda İ.Qaribaşvili Gürcüstanın iki ölkə arasında əsrlər boyu formalaşmış dostluq əlaqələrinə və strateji tərəfdaşlığa böyük əhəmiyyət verdiyini bildirib. Vurğulanıb ki, Gürcüstan hər iki ölkənin və regionun rifahı naminə Azərbaycan ilə mövcud yüksək səviyyəli strateji tərəfdaşlığı və dostluq münasibətlərini daha da dərinləşdirməyə və inkişaf etdirməyə hazırdır.

Baş nazir Əli Əsədov Gürcüstanın Baş naziri İrakli Qaribaşviliyə başsağlığı verib

Letters 09 October 2021 - 14:57
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Gürcüstanın Baş naziri İrakli Qaribaşviliyə başsağlığı məktubu ünvanlayıb. Baş nazir Batumi şəhərində yaşayış binasının çökməsi nəticəsində insan tələfatı xəbərindən kədərləndiyini bildirib, faciə ilə əlaqədar Gürcüstanın Baş nazirinə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.

Baş nazir Əli Əsədov Türkiyənin Vitse-prezidenti Fuat Oktaya məktub ünvanlayıb

Letters 27 September 2021 - 15:20
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Anım Günü münasibətilə Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktaya məktub ünvanlayıb. Məktubda sentyabrın 27-sinin Azərbaycanda Anım Günü kimi qeyd edildiyi bildirilərək düz bir il bundan əvvəl Ermənistanın Azərbaycana qarşı hərbi təxribatı nəticəsində mülki şəxslər və hərbi qulluqçular arasında itkilərimizin olduğu vurğulanıb. Bu namərd təxribata cavab olaraq təcavüzə birdəfəlik son qoymaq məqsədilə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə Qəhrəman Azərbaycan Ordusunun tarixi Zəfər yürüşünə başladığı, 44 gün ərzində düşmən ordusunu məhv edərək əzəli torpaqlarımızı işğaldan azad etdiyi qeyd olunub. Vətən Müharibəsində Azərbaycana verilən böyük dəstəyə görə qardaş Türkiyəyə dərin təşəkkür ifadə edilib. Müharibənin ilk saatlarından Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan, Vitse-prezident Fuat Oktay da daxil olmaqla Türkiyə rəhbərliyinin və bütün qardaş türk xalqının Azərbaycanla həmrəy olmasının ölkəmizin öz haqq işində yalnız olmadığını dünyaya göstərdiyi bildirilib. Fuat Oktayın çoxsaylı açıq və sərt bəyanatlarının, məsələyə qəti və birmənalı münasibətinin Azərbaycanda böyük minnətdarlıq və iftixar hissi ilə qarşılandığı, əsl qardaşlıq nümunəsi kimi dəyərləndirildiyi vurğulanıb. Bildirilib ki, qardaş Türkiyənin siyasi və mənəvi dəstəyi düşmən üzərində şanlı Qələbənin qazanılmasında önəmli rol oynamış, Azərbaycan ilə Türkiyənin “Bir millət, iki dövlət” şüarı ilə hər zaman bir-birinin yanında olduğunu, birliyimizin və qardaşlığımızın sarsılmazlığını bir daha nümayiş etdirmişdir. Eyni zamanda, Azərbaycanın da, öz növbəsində, həm sevincli, həm də kədərli günlərdə daim Türkiyənin yanında olduğu qeyd edilib.  

Baş nazir Əli Əsədov Gürcüstanın Baş naziri İrakli Qaribaşvilini Müstəqillik Günü münasibətilə təbrik edib

Letters 26 May 2021 - 12:20
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Gürcüstanın Baş naziri İrakli Qaribaşviliyə ölkəsinin Müstəqillik Günü münasibətilə təbrik məktubu ünvanlayıb. Məktubda Azərbaycan ilə Gürcüstan arasındakı dərin tarixi köklərə əsaslanan çoxşaxəli əlaqələrin, strateji tərəfdaşlığın məmnunluq doğurduğu vurğulanıb. Azərbaycan-Gürcüstan münasibətlərinin bundan sonra da öz dinamik inkişafını müvəffəqiyyətlə davam etdirəcəyinə əminlik ifadə olunub.

Baş nazir Əli Əsədov İrakli Qaribaşvilini Gürcüstanın Baş naziri təyin edilməsi münasibətilə təbrik edib

Letters 24 February 2021 - 11:50
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov İrakli Qaribaşviliyə Gürcüstanın Baş naziri təyin edilməsi münasibətilə təbrik məktubu ünvanlayıb. Məktubda Azərbaycan ilə Gürcüstanı zəngin ənənələrə malik dostluq və mehriban qonşuluq münasibətlərinin bağladığı vurğulanıb. Azərbaycan-Gürcüstan dövlətlərarası əlaqələrinin və strateji əməkdaşlığının bundan sonra da inkişaf etdirilməsi və möhkəmləndirilməsi istiqamətində birgə addımların atılacağına ümidvarlıq ifadə olunub.

Baş Nazir Əli Əsədov Gürcüstanın Baş Naziri Giorgi Qaxariyaya məktub ünvanlayıb

Letters 02 November 2020 - 14:24
Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov noyabrın 2-də Gürcüstanın Baş Naziri Giorgi Qaxariyaya məktub ünvanlayıb. Baş Nazir Əli Əsədov Gürcüstanda keçirilmiş parlament seçkilərində “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının qalib gəlməsi münasibətilə Baş Nazir Giorgi Qaxariyanı təbrik edib. Bu qələbənin hakim partiyanın uğurlu siyasətinə dost Gürcüstan xalqı tərəfindən verilən yüksək qiymətin təcəssümü olduğu vurğulanıb, Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq münasibətlərinin hərtərəfli inkişafına bundan sonra da töhfə verəcəyinə əminlik idafə olunub.

Baş Nazir Əli Əsədov Türkiyənin Vitse-prezidenti Fuat Oktaya məktub ünvanlayıb

Letters 29 October 2020 - 10:50
Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov oktyabrın 29-da Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktaya məktub ünvanlayıb. Baş Nazir Əli Əsədov Türkiyə Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Fuat Oktayı və qardaş türk xalqını təbrik edib. Baş Nazir, həmçinin məktubunda Türkiyənin Vitse-prezidentini Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təxribatı ilə əlaqədar son hadisələr barədə məlumatlandırıb. Ermənistanın Azərbaycana qarşı vəhşiliklərini və hərbi cinayətlərini pislədiyinə, Azərbaycanın haqq işini dəstəklədiyinə görə Türkiyə Respublikasının rəhbərliyinə və bütün qardaş türk xalqına bir daha dərin təşəkkürünü bildirib. Azərbaycanla Türkiyənin bütün məsələlərdə bir-birini dəstəkləməsinin, bir-birinin yanında olmasının iki ölkənin əsrlərin sınağından çıxmış qardaşlığının və müttəfiqliyinin bariz şəkildə ifadəsi olduğu vurğulanıb.

BP Regional President sends letter to Prime Minister Ali Asadov

Letters 19 October 2020 - 12:20
BP Regional President for Azerbaijan, Georgia and Turkey Gary Jones sent a letter to Prime Minister of the Republic of Azerbaijan Ali Asadov. In his letter, Gary Jones said BP AGT joined the entire Azerbaijani nation in supporting Azerbaijan`s efforts in restoring the country`s territorial integrity. Gary Jones said he was deeply saddened to hear about the victims among the civil population during the recent shelling of Ganja and other Azerbaijani cities and villages. Gary Jones expressed his deepest condolences and sympathies to the impacted families on their losses. “You have my full assurance on all the possible efforts from the BP team to make sure that there is no interruption into the current oil and gas production and transportation processes during these unprecedented times for Azerbaijan,” Gary Jones added.

Israeli Prime Minister congratulates Prime Minister Ali Asadov on Independence Day

Letters 19 October 2020 - 10:50
Prime Minister of Israel Benjamin Netanyahu sent a letter of congratulation to Prime Minister of the Republic of Azerbaijan Ali Asadov on the occasion of Independence Day.In his letter, Benjamin Netanyahu said Israel was proud to be one of the first nations to recognize the Independent Republic of Azerbaijan. “In the nearly three decades since, our countries have built a solid relationship based on genuine friendship between the Israeli and Azerbaijani peoples,” said the Israeli Prime Minister. Benjamin Netanyahu said he looked forward to working with the Azerbaijani Prime Minister in the years ahead to continue expanding relations between the two countries in all areas of shared interest. Benjamin Netanyahu wished the people of Azerbaijan growth, stability and prosperity.

Gürcüstanın Baş Naziri Azərbaycan Respublikasının Baş Nazirinə təbrik məktubu göndərib

Letters 18 October 2020 - 18:10
Gürcüstanın Baş naziri Giorgi Qaxariya Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədova Müstəqillik günü münasibətilə təbrik məktubu ünvanlayıb. Məktubda qeyd olunur: “Gürcüstan hökuməti və şəxsən öz adımdan Sizi Azərbaycanın Müstəqilliyi günü münasibətilə səmimi qəlbdən təbrik edirəm. Azərbaycan həm sosial-iqtisadi, həm də beynəlxalq səviyyədə nüfuzunun möhkəmlənməsi baxımından fəxarətli yol keçmişdir. Bizim ümumi səylərimiz nəticəsində Gürcüstan və Azərbaycan Respublikası arasında sarsılmaz strateji tərəfdaşlıq münasibətləri formalaşmışdır və dostluq ruhu daşıyan bu tərəfdaşlığımız ikitərəfli və çoxtərəfli səviyyədə ümumi məqsəd və maraqlarımızla daha da möhkəmlənməkdədir. Əminəm ki, münasibətlərimizin daha da genişlənməsi və strateji tərəfdaşlığımızın dərinləşməsi üçün biz öz sıx əməkdaşlığımızı bundan sonra da uğurla davam etdirəcəyik. Sizə öz dərin ehtiramımızı izhar edir və Sizə və qardaş Azərbaycan xalqına sülh, uğurlar və əmin-amanlıq diləyirəm”.

Baş Nazir Əli Əsədov Türkiyənin Vitse-prezidenti Fuat Oktaya məktub ünvanlayıb

Letters 15 October 2020 - 14:11
Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov oktyabrın 15-də Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktaya məktub ünvanlayıb. Məktubda Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təxribatı barədə son məlumatlar verilib. Xüsusi vurğulanıb ki, təxribatın ilk saatlarından etibarən qardaş Türkiyə bütün səviyyələrdə bu xain təcavüz aktını qətiyyətlə pisləyib və hər zaman Azərbaycanın yanında olduğunu bəyan edib. Türkiyə Respublikasının Prezidenti və Vitse-prezidentinin, müvafiq dövlət qurumlarının rəhbərlərinin, parlament üzvlərinin və ümumiyyətlə, bütün qardaş türk xalqının Ermənistanın təcavüz aktına qəti və birmənalı münasibət bildirməsi Azərbaycanın öz haqq işində yalnız olmadığının göstəricisi kimi qiymətləndirilib.

Baş Nazir Əli Əsədov Gürcüstanın Baş Naziri Giorgi Qaxariyaya məktub ünvanlayıb

Letters 15 October 2020 - 11:30
Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov oktyabrın 14-də Gürcüstanın Baş Naziri Giorgi Qaxariyaya məktub ünvanlayıb. Məktubda Gürcüstanın Baş Naziri sentyabrın 27-dən başlayaraq Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təxribatı ilə bağlı məlumatlandırılıb. Xüsusi vurğulanıb ki, humanitar atəşkəsə dair razılıq əldə edildikdən bir gün sonra Ermənistan silahlı qüvvələrinin gecə saatlarında Gəncənin mərkəzindəki çoxmənzilli yaşayış binalarını “SCUD” raket sistemindən atəşə tutması nəticəsində 5-i qadın olmaqla 10 nəfər həlak olmuş, 10-u qadın, 9-u uşaq olmaqla 34 nəfər yaralanıb. Ermənistanın Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinə zərbə endirmək cəhdinə Gürcüstan Xarici İşlər nazirliyinin dərhal münasibət bildirməsinin təqdirəlayiq olduğu vurğulanıb. Qeyd edilib ki, Azərbaycan və Gürcüstan bütün beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyir, iki ölkənin üzləşdiyi münaqişələrin beynəlxalq hüququn prinsip və normaları, xüsusilə suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı əsasında, habelə beynəlxalq təşkilatların müvafiq qətnamə və qərarlarına uyğun olaraq həll olunması məsələsində bir-biri ilə həmrəylik göstərir.  

Baş Nazir Əli Əsədov ukraynalı həmkarına başsağlığı verib

Letters 26 September 2020 - 15:27
Sentyabrın 26-da Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov Ukraynanın Baş Naziri Denis Şmıqala başsağlığı məktubu göndərib. Məktubda deyilir: “Xarkov vilayəti yaxınlığında Ukrayna Silahlı Qüvvələrinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm”.

Baş Nazir Əli Əsədov Türkiyənin Vitse-prezidenti Fuat Oktayı ölkəsinin Qara dənizdə təbii qaz yatağını kəşf etməsi münasibətilə təbrik edib

Letters 22 August 2020 - 13:00
Avqustun 21-də Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktaya ölkəsinin Qara dənizdə nəhəng təbii qaz yatağını kəşf etməsi münasibətilə təbrik məktubu ünvanlayıb. Baş Nazir bu tarixi nailiyyətin Türkiyənin iqtisadiyyatının səmərəliliyinin və dayanıqlığının təmin edilməsinə, qardaş Türkiyə xalqının rifahının daha da yüksəlməsinə əhəmiyyətli töhfə verəcəyinə əminliyini ifadə edib. Dostluq və qardaşlıq üzərində qurulmuş Azərbaycan-Türkiyə əlaqələrinin hər iki xalqın tarixən qırılmaz tellərlə bir-birinə bağlı olan iradəsindən qaynaqlandığı bildirilib.

Baş Nazir Əli Əsədov ilə Türkiyənin Vitse-prezidenti Fuat Oktay arasında Qurban bayramı münasibətilə təbrik məktubu mübadiləsi həyata keçirilib

Letters 07 August 2020 - 11:50
Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov ilə Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay arasında Qurban bayramı münasibətilə təbrik məktubu mübadiləsi həyata keçirilib. Baş Nazir Əli Əsədov məktubunda Türkiyənin Vitse-prezidenti və qardaş Türkiyə xalqını dünya müsəlmanlarının mənəvi birlik, həmrəylik və qardaşlıq rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə təbrik edib. Baş Nazir Əli Əsədov Fuat Oktaya möhkəm cansağlığı, işlərində uğurlar, qardaş Türkiyə xalqına bol ruzi və xeyir-bərəkət arzulayıb. Türkiyənin Vitse-prezidenti Fuat Oktay məktubunda Azərbaycan və Türkiyə xalqları arasındakı qardaşlıq tellərindən güc alaraq inkişaf edən ikitərəfli strateji əməkdaşlığın bütün sahələrdə daha da möhkəmləndirilməsi istiqamətində iki ölkənin hökumətləri arasında mövcud olan həmrəyliyi yüksək qiymətləndirib. Vitse-prezident Fuat Oktay Türkiyənin qardaş Azərbaycanın öz ərazi bütövlüyünü və təhlükəsizliyini təmin etmək istiqamətində qətiyyətli mübarizəsini bundan sonra da dəstəkləyəcəyini deyib. “Bu məsələ ilə əlaqədar qərarlığımızı can Azərbaycana qarşı son günlərdə edilən hücumlar zamanı da dünyaya elan etdik”, - deyə Türkiyənin Vitse-prezidenti bildirib.   Vitse-prezident Fuat Oktay Baş Nazir Əli Əsədova möhkəm cansağlığı, xoşbəxtlik, dost və qardaş Azərbaycan xalqına rifah və xoş günlər arzulayıb.

Baş Nazir Əli Əsədov Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustini Rusiya Günü münasibətilə təbrik edib

Letters 12 June 2020 - 12:04
İyunun 12-də Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinə ölkəsinin Dövlət bayramı - Rusiya Günü münasibətilə təbrik məktubu göndərib. Baş Nazir Əli Əsədov dövlət başçılarının səyləri sayəsində çoxəsrlik təməli olan Azərbaycan-Rusiya münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə çatdığını vurğulayıb. Məktubda, həmçinin Azərbaycan ilə Rusiya arasındakı qarşılıqlı faydalı əməkdaşlığın hər iki ölkənin xalqlarının mənafeyi naminə birgə səylərlə bundan sonra daha da möhkəmlənəcəyinə və genişlənəcəyinə ümidvarlıq ifadə olunub.

Baş Nazir Əli Əsədov Belarusun yeni Baş Nazirini təbrik edib

Letters 08 June 2020 - 19:55
Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov Roman Qolovçenkoya Belarus Respublikasının Baş Naziri təyin edilməsi münasibətilə təbrik məktubu göndərib. Baş Nazir Əli Əsədov möhkəm dostluq, əməkdaşlıq və qarşılıqlı dəstək ənənələrinə əsaslanan Azərbaycan-Belarus münasibətlərinin yüksək səviyyəsinin xüsusi məmnunluq doğurduğunu bildirib. Baş Nazir Azərbaycan ilə Belarus arasındakı qarşılıqlı faydalı əməkdaşlığın və strateji tərəfdaşlığın birgə səylərlə bundan sonra daha da möhkəmlənəcəyinə və genişlənəcəyinə əmin olduğunu bildirib.
  • 1
  • 2
Republic Of Azerbaijan
Cabinet Of Ministers
Azerbaijan
  • National Leader
  • President
  • History
  • Area
  • Constitution
  • Holidays
  • Blood memory
  • Patriotic War
News
  • All news
  • Meetings
  • Events
  • Visits
  • Press Office News
  • Press service newsletters
  • Task Force under the Cabinet of Ministers
Documents
  • All documents
  • Resolutions
  • Orders
  • Letters
Senior officials
  • Prime Minister of the Republic of Azerbaijan
  • Deputy Prime Ministers of the Republic of Azerbaijan
Advices and committees
  • Intergovernmental commissions
Cabinet of ministers
  • Powers
  • İş qaydası
  • Cabinet of Ministers of the Republic of Azerbaijan
  • Central executive authorities
  • Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı haqqında Əsasnamə
  • Status
Office of cabinet of ministers
  • Structure of Office of the Cabinet of Ministers of the Republic of Azerbaijan
Appeals
  • Reception days at the Office of the Cabinet of Ministers of the Republic of Azerbaijan
  • Book an appointment
  • Enquiry
  • Vətəndaşların müraciətlərinə dair qanunvericilik
Azerbaijan
  • National Leader
  • President
  • History
  • Area
  • Constitution
  • Holidays
  • Blood memory
  • Patriotic War
News
  • All news
  • Meetings
  • Events
  • Visits
  • Press Office News
  • Press service newsletters
  • Task Force under the Cabinet of Ministers
Documents
  • All documents
  • Resolutions
  • Orders
  • Letters
Senior officials
  • Prime Minister of the Republic of Azerbaijan
  • Deputy Prime Ministers of the Republic of Azerbaijan
Advices and committees
  • Intergovernmental commissions
Cabinet of ministers
  • Powers
  • İş qaydası
  • Cabinet of Ministers of the Republic of Azerbaijan
  • Central executive authorities
  • Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı haqqında Əsasnamə
  • Status
Office of cabinet of ministers
  • Structure of Office of the Cabinet of Ministers of the Republic of Azerbaijan
Appeals
  • Reception days at the Office of the Cabinet of Ministers of the Republic of Azerbaijan
  • Book an appointment
  • Enquiry
  • Vətəndaşların müraciətlərinə dair qanunvericilik
© Cabinet of Ministers 2022 All rights reserved